1 Fevral tarixdə Binəqədi Rayon icra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Gənclər Siyasəti” mövzusunda “Məlumat saatı” keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Məlumat saatında Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov, BRiH başçısı Aparatının əməkdaşları, RiH başçısının inzibati ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələrin ictimai və humanitar sektor rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri, rayonun fəal gəncləri iştirak etdilər. Tədbiri Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov açaraq Eldar Aslanova dəvəti qəbul etdiyi üçün Rayon icra Hakimiyyəti adından təşəkkür etdi. Daha sonra Eldar Aslanov mövzu ilə bağlı məruzə etdi. Məruzəçi bildirdi ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. indi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.
Belediyye.info
|
|
|
|
|
|